Bloqerlər ermənilərin oyununa gəldi, aləm bir-birinə dəydi

Bloqerlər ermənilərin oyununa gəldi, aləm bir-birinə dəydi

Dünən keçirilən "Kayrat” – "Noa” görüşündə maraqlı hadisə yaşanıb.

Sport7.az xəbər verir ki, Almatı təmsilçisi koronavirus pandemiyası səbəbindən oyunu jurnalistlər üçün bağlı elan edib. Görüşdə iştirak üçün akkreditasiya müraciəti elan edilməyib, baş məşqçinin mətbuat konfransı onlayn qaydada, əvvəlcədən qəbul olunmuş suallara yazılı cavab verilməsiylə keçirilib.

Amma oyun zamanı məlum olub ki, videbloqerlər Yevgeniya Qaydamakina və Yevgeniya Savina oyun zamanı mətbuat üçün ayrılan lojada əyləşiblər.
Bu isə qazaxıstanlı jurnalistlərin narazılığına səbəb olub, onlar bunu ayrı-seçkilik kimi qiymətləndiriblər.

Nəticədə "Kayrat” klubu rəsmi açıqlama yaymağa məcbur olub. Açıqlamada bildirilir ki, bloqerlərin oyunda iştirakı UEFA-nın icazəsi əsasında baş tutub. Onlar əvvəlcədən bununla bağlı müraciət edib və koronovirus testi veriblər.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR