Boksçularımız Avropa çempionatında

Boksçularımız Avropa çempionatında
Yeniyetmə boksçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. Oktyabrın 8-dən 17-dək Rusiyanın Anapa şəhərində keçiriləcək Avropa birinciliyində ölkəmiz 7 deyil, 8 idmançı ilə təmsil olunacaq.

Sport7.az xəbər verir ki, milli komandamız oğlanların yarışı ilə yanaşı, qızların da mübarizəsində çıxış edəcək. Komandamızın heyətinə Zeynəb Rəhimova (57 kq) əlavə olunub. Boksçumuz yarışa baş məşqçi Elbrus Rzayevin rəhbərliyi ilə qatılacaq.

Oğlanlardan ibarət yığmamızın baş məşqçisi Vaqif Kazımov qitə çempionatında Əli Zamanov (48 kq), Əzrək Bəbirov (54 kq), Eldar Babayev (60 kq), Elmir Novruzov (63 kq), Mehman Quliyev (70 kq), Murad Allahverdiyev (80 kq) və Əhməd Əhmədova (+80 kq) şans verəcək.

Boksçularımız oktyabrın 8-də gecə saatlarında Anapa şəhərinə yola düşəcəklər.
 
Sport7.az

Xəbər lenti