Boksçumuz finalda

Boksçumuz finalda

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında 81 kq çəki dərəcəsində yarımfinal döyüşləri başa çatıb.
 
Sport7.az xəbər verir ki, Azərbaycan yığmasının boksçusu Alfonso Dominqes də rinqə çıxıb.

81 kq çəki dərəcəsində çıxış edən Dominges həm də Avropa çempionatı statusu daşıyan yarışın finalına vəsiqə uğrunda italiyalı Simone Fiori ilə görüşüb. Bunadək ukraynalı Stefan Hrekulu 3:0, belaruslu Mixail Dauhalyavetsi 5:0, belçikalı Ziad El Mohoru 5:0 hesabı ilə məğlub edən boksçumuz ardıcıl 4-cü qələbəsini qazanıb – 4:1. Bununla da finala vəsiqə qazanan təmsilçimiz ən azı gümüş medalı təmin edib.

O, finalda Qor Nersesyana (Ermənistan) qalib gələn Bencamin Vittakerlə (Böyük Britaniya) üz-üzə gələcək. Final qarşılaşması iyunun 29-da Bakı vaxtı ilə saat 18:55-də baş tutacaq.

Bunadək yarımfinal döyüşünü keçirən digər Azərbaycan təmsilçisi Lorenzo Sotomayor (69 kq) məğlub olaraq bürünc medal qazanıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR