Boksçumuz gürcü ilə qarşılaşacaq

Boksçumuz gürcü ilə qarşılaşacaq

Azərbaycan boksçusu Kamran Şahsuvarlının (75 kq) II Avropa Oyunlarındakı ilk rəqibi müəyyənləşib.
 
Sport7.az xəbər verir ki, Olimpiya mükafatçımızın 1/16 finalda üz-üzə gələcəyi boksçu dünən keçirilən 1/32 finalda dəqiqləşib.

Belarusun paytaxtı Minskdəki "Uruçye Arena”da keçirilən döyüşdə gürcüstanlı Giorgi Xarabadze ilə serbiyalı Miloslav Saviç qarşılaşıb. 5:0 hesablı qələbə qazanan Gürcüstan boksçusu Şahsuvarlıya rəqib olub.

Boksçumuzun 1/16 final döyüşü bu gün baş tutacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR