Boksçumuz Rusiyada mərhələ adladı

Boksçumuz Rusiyada mərhələ adladı

Boks üzrə Azərbaycan milli komandasının daha bir üzvü Rusiyanın Yekaterinburq şəhərində keçirilən dünya çempionatında mübarizəyə qoşulub.
 
Sport7.az xəbər verir ki, 69 kq çəki dərəcəsində çıxış edən Lorenzo Sotomayor 1/32 final mərhələsində Avstraliya təmsilçisi Ceyson Mallia ilə üz-üzə gəlib.

Görüş Olimpiya mükafatçımızın qələbəsi ilə başa çatıb. O, gərgin keçən döyüşdə rəqibini 3:2 (28:29, 28:29, 30:27, 30:27, 29:28) hesabı ilə məğlub edərək, 1/16 finala yüksəlib.

Sotomayor növbəti qarşılaşmasında əlcəzairli Şemseddin Kramounu sınağa çəkəcək. Görüş sentyabrın 16-da olacaq.

Mundialın əvvəlki günlərində rinqə çıxan Tayfur Əliyev (57 kq) və Amin Kuşkov (75 kq) da 1/16 finala yüksəlib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR