Boksçumuzdan bürünc medal

Boksçumuzdan bürünc medal

Rusiyanın Vladiqafqaz şəhərində 22 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatı davam edir. 

Sport7.az xəbər verir ki, yarımfinal mərhələsinin ilk günündə Azərbaycan millisinin bir üzvü rinqə çıxıb. 

49 kq çəki dərəcəsində qüvvəsini sınayan Rüfət Hüseynov final üçün Rusiya idmançısı ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşdığından Hüseynov bürünc medalla kifayətlənib. Bu, Azərbaycan millisinin Vladiqafqazda ilk mükafatı olub.

Yarımfinal mərhələsi bu gün başa çatacaq. 1/2 finalda Cəbrayıl Yelekov (81 kq) Aleksandr Poxrebnyakla (Ukrayna), Məhəmməd Abdullayev (+91 kq) Luka Pratlyaçiçlə (Xorvatiya) döyüşəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR