Bonuççi:

Bonuççi: "Turinə qayıdandan sonra Ronaldu ilə danışacağıq"

"Yuventus"un müdafiəçisi Leonardo Bonuççi komanda yoldaşı Kriştianu Ronaldu ilə bağlı sualları cavablandırıb:

"Keçmişə yox, gələcəyə baxmağa üstünlük verirəm. Bu barədə danışmaq üçün vaxtımız olacaq, indi sadəcə yığma komanda haqda düşünürəm.

Turinə qayıdandan sonra görüşmək və danışmaq imkanımız olacaq. İrəlidəki oyunlarda Ronalduya ehtiyacımız olacaq. Onun "Yuventus"a kömək etmək niyyətində olduğundan əminəm".

"Milan"la matçın 55-ci dəqiqəsində baş məşqçi Mauritsio Sarri Kriştianu Ronaldunu əvəzləmişdi. Oyundan çıxan portuqaliyalı futbolçu birbaşa paltardəyişmə otağına yollanmış və qarşılaşma bitmədən stadionu tərk etmişdi.

Sarri son açıqlamasında Ronaldunun dizində zədə olduğunu bildirib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR