Bordin:

Bordin: "Nəticəni uğurlu sayıram"

Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində baş tutan "Qarabağ" - "Neftçi" matçından sonra qonaqların baş məşqçisi Roberto Bordin fikirlərini bildirib.
 
Sport7.az xəbər verir ki, mütəxəssis bunları söyləyib: "Əlbəttə ki, oyuna yaxşı başlamamışdıq. Amma tez toparlandıq. Azlıqda qalsaq da, nəticəni qoruya bildik. Oyunçularımı təbrik edirəm".

- Belə çıxır ki, nəticədən razı qalmısız.

- Nəzərə alaq ki, azlıqda qalmışdıq. Bu baxımdan nəticəni uğurlu sayıram. Qırmızı vərəqəyə qədər yaxşı hücumlar qururduq. Yalnız azlıqda qalandan sonra əks-hücumlara üstünlük verdik. Azarkeşlərimiz möhtəşəm idi. Özümüzü evdəki kimi hiss edirdik. Onlara təşəkkür edirəm. Gələn oyunda da onları gözləyəcəm.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR