Bordin tək qaldı

Bordin tək qaldı
Bu gün səhər "Keşlə”nin yeni baş məşqçisi müəyyənləşdi. Serbiyalı Mladen Milinkoviçi yola salan Zaur Axundov boş qalan kürsüyə azərbaycanlı mütəxəssis Tərlan Əhmədovu gətirdi.

Sport7.az xəbər verir ki, bu qərarla Azərbaycan çempionatında çoxdandı görmədiyimiz bir hal yaşanıb. Topaz Premyer Liqasında çıxış edən səkkiz komandadan yeddisində baş məşqçi azərbaycanlıdır.

Bu mənada təkcə "Neftçi” istisnadır. "Ağ-qaralar"ın sükanı italiyalı mütəxəssis Roberto Bordinə həvalə olunub. Çoxdandı ki, Azərbaycan futbolunda belə hal müşahidə edilmirdi. Hətta zaman-zaman yerli mütəxəssislərin sayı əcnəbilərdən az da olub.

Hazırda "Qarabağ”ı Qurban Qurbanov, "Qəbələ”ni Sənan Qurbanov, "Səbail”i Aftandil Hacıyev, "Zirə”ni Samir Abasov, "Sumqayıt”ı Nazim Süleymanov, "Keşlə”ni Tərlan Əhmədov, "Sabah”ı isə Elşad Əhmədov çalışdırır.

Sport7.az
 

Xəbər lenti