Bordinin media sektorda olması düzgün idimi? - PFL-dən rəsmi cavab

Bordinin media sektorda olması düzgün idimi? - PFL-dən rəsmi cavab

"Səbail"lə oyunda sarı vərəqə ilə cəzalanan və limiti dolduran "Neftçi"nin baş məşqçisi Roberto Bordin ötən tur "Sabah"la matçda media sektorda göründü. Media nümayəndələrinin əyləşdiyi yerdə yerləşən italyan mütəxəssis oyunboyu rahatlıqla göstərişlərini verdi. Maraqlıdı, bəs əsasnamədə konkret cəzalı məşqçinin harda əyləşməsiylə bağlı bənd varmı? Ümumiyyətlə, onun media sektora keçməyə cəhd etməsi nə dərəcədə düzgündü? "Sabah" qonaqpərvərlik elədi, izin verdi. Bəs məşqçinin bu davranışı qaydalara uyğundumu?

Suallara cavabı Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevdən cavab aldıq. Aslan bəy Sport7.az-a açıqlamasında bunları söylədi: "Yeni qaydalara əsasən cəzalanan baş məşqçi nə texniki zonaya, nə də paltardəyişmə otağına gedə bilər. Ancaq kənarda istənilən yerdə otura bilər. Yəqin ki, bununla bağlı meydan sahiblərinə müraciət ediblər, onlar da istədiyi yerdə oturmasına şərait yaradıblar. Yəni əsasnamədə konkret bənd yoxdu ki, cəzalanan məşqçi VİP Sektorda, yaxud, media sektorda və hər hansı yerdə oturmalıdı. Yəqin ki, ona həmin yerdə oturmaq daha rahat olduğu üçün orada əyləşmək istəyib. Meydan sahibi olan klub rəhbərliyi də ona şərait yaradıb".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR