Bordinin “Neftçi”dən sonrakı yeri C seriyası olacaq

Bordinin “Neftçi”dən sonrakı yeri C seriyası olacaq

"Neftçi”nin sabiq baş məşqçisi Roberto Bordin tezliklə yeni işə başlaya bilər.

Sport7.az xəbər verir ki, italyan mütəxəssisin xidmətində C seriyasında mübarizə aparan "İmolese" komandası maraqlıdı.

Bu barədə İtalyada dərs olunan "Tuttoc" nəşri məlumat yayıb. 55 yaşlı mütəxəssis bu təklifi qəbul etməyə hazırdı.

Bordin ötən gün klubla yollarını ayıran Canluka Atsorini əvəzləyə bilər.

Qeyd edək ki, daha əvvəl C seriyasındakı "Sambenedetteze" klubunun da Roberto Bordini baş məşqçi vəzifəsinə təyin edə biləcəyi yazılıb. İtaliyalı baş məşqçi 2018-ci ildən bu ilin əvvəlinə qədər "Neftçi"də işləyib. O, 2018/2019 mövsümündə Azərbaycan çempionatında gümüş medal qazanıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR