"Neftçi"dən qələbə - YENİLƏNDİ

Bu gün Avroliqaya start veriləcək. 
 
Sport7.az xəbər verir ki, Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində bu gün "Neftçi" də meydana çıxacaq. Bakılılar "Dalğa Arena”da "Uypeşt”lə üz-üzə gələcək. 

Yay fasiləsində heyətində ciddi dəyişikliklər edən "Neftçi” səfər öncəsi sərfəli nəticə əldə etməyə çalışacaq.
 
Görüş "CBC Sport" telekanalı ilə canlı yayımlanacaq.

Avropa Liqası, birinci təsnifat mərhələsi, ilk oyun

12 iyul

21:00. "Neftçi” (Azərbaycan) – "Uypeşt” (Macarıstan) 3:1
Qollar: Daniel Naqu, 9 (0:1), Baqali Dabo, 23 (1:1), 71 (2:1), Emin Mahmudov, 90+3 (3:1)



Hakimlər: Dennis Yohan Hiqler, Yoost van Zuilen, Yohan Balder, Siemen Mulder (hamısı Hollandiya)
Hakim-inspektor: Stavros Tritsonis (Yunanıstan)
UEFA nümayəndəsi: İvan Tsitoviç (Rusiya)
Bakı. "Dalğa Arena”
 
Sport7.az

Xəbər lenti