“Borussiya”da yeni baş məşqçi - RƏSMİ

“Borussiya”da yeni baş məşqçi - RƏSMİ
Almaniyanın "Borussiya” (Dortmund) futbol klubu yeni baş məşqçisini rəsmən təqdim edib.

Sport7.az xəbər verir ki, Bundesliqa təmsilçisi bu ilin mayında anlaşdığı Lüsyen Favr üçün təqdimat mərasimi təşkil edib.

Altımış yaşlı isveçrəli mütəxəssislə ikiillik müqavilə imzalandığı bildirilib.

Qeyd edək ki, Favr ötən mövsüm "Nitsa”nın baş məşqçisi olub. "Borussiya”nı geridə qalan mövsümün birinci hissəsində Peter Bos, ikinci hissəsində isə Peter Şteger çalışdırıb.
 
Sport7.az

Xəbər lenti