"Borussiya"dan Dembeleyə ağır CƏZA

"Borussiya” futbolçusu Usman Dembeleni qeyri-müəyyən müddətə əsas komandadan kənarlaşdırıb.
 
Sport7.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 
 
Lakin cəzasın səbəbi haqda məlumat verilməyib. 

Qeyd edək ki, ötən həftdə Dembele icasəsiz olaraq komandanın məşqlərində iştirak etməyib, telefonlara cavab verməmişdi. 
 
Xatırladaq ki, Dembeleni "Barselona" klubu transfer etməyi planlaşdırırdı. Lakin "Borussiya”nın 150 milyon avro təzminat tələb etməsi Kataloniya klubunu razı salmayıb. Məhz bundan sonra Dembelenin "Borussiya”dan incik düşdüyü iddia olunur.
 
Sport7.az

Xəbər lenti