"Borussiya"dan İngiltərə klubuna getməyə yaxındı

"Borussiya"nın (Münhenqladbax) futbolçusu Florian Noyhaus karyerasını İngiltərədə davam etdirməyə yaxındır.

Sport7.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi "Liverpul"a keçə bilər. Noyhausun özünün də "Liverpul"a keçməyə müsbət yanaşdığı bildirilir. Mersisayd klubu mövsümün sonunda Noyhaus üçün alman klubuna rəsmi təklif göndərəcək.

Alman yarımmüdafiəçinin sərbəst qalma məbləği 40 milyon avrodur. Noyhaus bu mövsüm Bundesliqada 21 oyunda 4 qol vurub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR