"Borussiya"nın futbolçuları zəhərlənib

Dortmund "Borussiya"sının 9 futolçusu İspaniyada təlim-məşq toplanışı zamanı bağırsaq qripinə yoluxub.

Sport7.az xəbər verir k, bu haqda Almaniyanın ünlü "Bild” nəşri məlumat yayıb. Futbolçulardan Roman Bürki, Roman Vaydenfeller, Mark Bartra, Andre Şürrle, Kristian Pulişiç, Ömər Toprak, Yakob Bruun Larsen, Nuri Şahin və Dominik Rayman bununla bağlı xəstəxanaya müraciət edib.

Kütləvi zəhərlənməyə toyuq kababı səbəb olub.
 
Futbolçuların Bundesliqanın 18-ci turunda "Volfsburq”la oyuna qədər bərpa olunacaqları bildirilir. Matç yanvarın 14-də keçiriləcək.
 
Sport7.az

Xəbər lenti