"Borussiya"nın futbolçusu Avropa nəhənglərinin hədəfində

Mönhenqladbah "Borussiya"sının yarımmüdafiəçisi Denis Zakariya Avropa nəhənglərinin diqqət mərkəzinə düşüb.

"Bild"in xəbərinə görə, "Mançester Yunayted", "Bavariya", "İnter" və "Tottenhem" Zakariyanın xidmətində maraqlıdı. "Borussiya" 22 yaşlı futbolçu qarşılığında minimum 50 milyon avro tələb edir. Transfer baş tutsa, bu, klubun bir oyunçunun satışından əldə etdiyi ən yüksək məbləğ olacaq.

Daha əvvəl Dortmund "Borussiya"sı Zakariyaya görə 22 milyon avro təklif etsə də, Mönhenqladbah təmsilçisi "yox" cavabı vermişdi.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR