"Borussiya"nın futbolçusu daha iddialı klubda oynamaq istəyir

"Borussiya”nın (Münhenqladbax) futbolçusu Florian Noyhaus karyerasını Avropa nəhənglərindən birində davam etdirmək imkanı qazanıb.

Sport7.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi də Almaniya təmsilçisini tərk etməkdə maraqlıdır. O, mövsümün sonunda daha iddialı kluba keçmək istəyir. Lakin "Borussiya” müqaviləsi 2024-cü ilin yayında başa çatacaq Noyhausu buraxmaq fikrində deyil.

Bundesliqa klubu onun üçün müqavilədə əks olunan transfer qiymətini əsas gətirir. "Bavariya” və İspaniya "Real”ı yarımmüdafiəçini heyətində görmək istəsə də, bu qiyməti şişirdilmiş hesab edir.

Noyhaus 2017-ci ildən "Borussiya”da oynayır.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR