"Borussiya"nın türk futbolçusu koronavirusa yoluxdu

Dortmund "Borussiya”sının yarımmüdafiəçisi Əmrə Can koronavirusa yoluxub.

Sport7.az xəbər verir ki, bu barədə Bundesliqa klubu məlumat yayıb. Mətbuat xidmətinin məlumatına görə, testi pozitiv çıxan Almaniya millisinin üzvü evində təcrid vəziyyətindədir. Digər futblçularda və məşqçi heyətində yoluxma aşkarlanmayıb. Türkiyə əsilli oyunçudan əvvəl isveçrəli müdafiəçi Manuel Akanjidə virus aşkarlanmışdı.

"Borussiya" oktyabrın 24-də Bundesliqanın 5-ci turu çərçivəsində "Şalke"ni qəbul edəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR