BOS azarkeşlərə müraciət etdi - FOTO

BOS azarkeşlərə müraciət etdi - FOTO
"Qarabağ" - "Arsenal" qarşılaşmasının keçiriləcəyi Bakı Olimpiya Stadionu azarkeşlərə müraciət ünvanlayıb.
 
Sport7.az həmin müraciəti sizə təqdim edir:
  
Əziz azarkeşlər! "Qarabağ” – "Arsenal" qarşılaşmasına sayılı günləq qalmış tez-tez yaranan suallarınıza aydınlıq gətirmək istəyirik:

1) İctimai dayanacaq açıq olacaqmı? 
 
Bəli ictimai dayanacaq açıq bütün avtomobillər üçün olacaqdır. Lakin bütün avtomobillər üçün yerlər dolduqdan sonra digər avtomobillərin girişinə icazə verilməyəcək. Böyükşor bulvarı boyunca "Dayanma və Durma” nişanının təsiri olan ərazilərdə avtomobil saxlamaq qəti qadağandır.
 
2) Oyuna gələrkən şəxsiyyət vəsiqəsi lazımdırmı?


Xeyr. Oyun günü yalnız sizə bilet lazım olacaqdır.
 
3) Özümüzlə qida və içki gətirə bilərikmi?

Xeyr. Təhlükəsizlik məsələləri ilə bağlı stadiona kənar qidaların keçidi qadağandır.
 
4) Oyuna biletlər qalıbmı? 

 
Bəli, son biletlər satışdadır. Biletləri iticket.az saytından və kassalarından əldə etmək olar.

5) Oyuna onlayn bilet almışıq. Vauçeri çap edib oyun günü stadiona o vərəqlə yaxınlaşmaq olarmı? 

Xeyr. Onlayn alınan biletlər iTicket-in kassalarında real bilətə dəyişdiriləməlidir.

6) Qapılar saat neçədə açılacaq? 

Qapılar oyun günü başlama vaxtından 3 saat öncə yəni 17:55-də açılacaqdır.

7) Oyunun təşkilatçısı kimdir? 

Oyunun təşkilatçısı "Qarabağ” FK-dır. Təşkilati məsələlərlə yaranan bütün suallarınızı kluba yönləndirməyiniz xahiş olunur.

Qeyd: Aşağıda nümayiş edilən xəritəni telefonunuzda saxlayın və oyun günü rahatlıqla sektorunuzu tapa biləsiniz.
 

 

 

 

Xəbər lenti