"Boston" fransız basketbolçunu heyətinə qatıb

Vensan Puarye karyerasını "Boston"da davam etdirəcək.

"Seltiks" bu barədə bəyanat yayıb. Keçidin rəsmi detalları barədə məlumat verilmir. İnsayderlərin informasiyasına görə, tərəflər arasında 2 illik müqavilə imzalanıb.

Fransız basketbolçu ötən mövsümü "Baskoniya"nın heyətində keçirmişdi. Puarye 8,3 ortalama ilə Avroliqanın "ribaund kralı" olmuşdu. O, həmçinin 11,9 xal ortalaması ilə yadda qalmışdı.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR