Bottas Azərbaycan Qran-prisinə birinci sıradan start verəcək

Bottas Azərbaycan Qran-prisinə birinci sıradan start verəcək

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin sıralama turu yekunlaşıb.

Poul-pozişn "Mersedes"in üzvü Valtteri Bottasın olub. Beləliklə, finlandiyalı sabah Azərbaycan Qran-prisinə birinci sıradan start verəcək. Onun komanda yoldaşı Lyuis Hemilton ikinci, "Ferrari" pilotu Sebastyan Fettel isə üçüncü nəticə göstərib.

Azərbaycan Qran-prisi, Bakı

Sıralama turu

1. Valtteri Bottas ("Mersedes") - 1.40,495
2. Lyuis Hemilton ("Mersedes") +0,059
3. Sebastyan Fettel ("Ferrari") +0,302
4. Maks Ferstappen ("Red Bull") +0,574
5. Serxio Peres ("Reysinq Poynt") +1,098
6. Daniil Kvyat ("Toro Rosso") +1,186
7. Lando Norris ("Maklaren") +1,391
8. Antonio Covinatsi ("Alfa Romeo") +1,929
9. Kimi Raykkonen ("Alfa Romeo") +2,573
10. Şarl Lekler ("Ferrari") - üçüncü sessiyada trasa çıxmadı

İkinci sessiyadan sonra mübarizəni dayandıranlar

11. Karlos Sayns Cunior ("Maklaren")
12. Daniel Rikkardo ("Reno")
13. Aleks Albon ("Toro Rosso")
14. Kevin Maqnussen ("Haas")
15. Pyer Qasli ("Red Bull")

Birinci sessiyadan sonra mübarizəni dayandıranlar

16. Lans Stroll ("Reysinq Poynt")
17. Romen Qrojan ("Haas")
18. Niko Hülkenberq ("Reno")
19. Corc Rassell ("Vilyams")
20. Robert Kubiça ("Vilyams")

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR