Azərbaycan Qran-prisinin qalibi:

Azərbaycan Qran-prisinin qalibi: "Səhvə yol verə bilməzdim"

Azərbaycan Qran-prisinin qalibi olan Valtteri Bottas ("Mersedes") yarış haqqında fikirlərini bölüşüb.

Fin pilot komanda yoldaşı Lyuis Hemiltonun arxasında olması səbəbindən yarış boyunca üzərində təzyiq hiss etdiyini bildirib:

"O qədər çox hadisə baş verməsə də, yarış gərgin keçdi. Lyuis (Hemilton) daim mənə təzyiq edirdi, ona görə də səhvə yol verə bilməzdim. Ancaq hər şeyi nəzarətim altında saxlaya bildim. Damalı bayrağı gördüyümə çox şadam. Bu, mənim üçün böyük məna ifadə edir.

Komanda halında hazırda möhtəşəm işlər görürük. Bu, mənim üçün beşinci qələbə idi. Ona görə də hazırda əla hisslər keçirirəm. Ümid edirəm, bu formada davam edəcəm".

Qeyd edək ki, Bottas Azərbaycan Qran-prisindəki qələbə sayəsində Lyuis Hemiltonu keçərək pilotlar sıralamasında liderliyə yüksəlib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR