"Brayton" Premyer Liqa tarixinə düşdü

"Brayton” İngiltərə Premyer Liqasının tarixinə düşüb.

Sport7.az xəbər verir ki, "Mançester Yunayted”lə qarşılaşan komanda üzvləri matç ərzində 5 dəfə qapının tir və dirəyini hədəfə alıblar. Bu isə, 2003/04 mövsümündən aparılan statistikalara əsasən Premyer Liqanın yeni rekordudur.

"Brayton”un futbolçusu Leandro Trossard üç belə bəxtsizlik yaşayıb. Yarımmüdafiəçi bir dəfə sol, bir dəfə sağ dirəyə, sonda isə tirə nişan alıb.

Bu görüş həm də qeyri-adi sonluqla əlamətdar olub. Görüşə əlavə olunmuş 10-cu dəqiqədə final fitini çalan referi VAR-a baxdıqdan sonra Mançester təmsilçisinin lehinə penalti qərarı verib.
 
Bu, Ole-Qunnar Sulşerin yetirmələrinə 3:2 hesablı qələbə qazandırıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR