Braziliya darmadağınla 1/4 finalda

Braziliya darmadağınla 1/4 finalda

Braziliyada keçirilən Amerika Kuboku-2019-da mübarizə davam edir.
 
Sport7.az xəbər verir ki, qruplarda III - sonuncu tura start verilib.

A qrupunda Boliviyaya qalib gəlib, Venesuela ilə heç-heçə edən Braziliya son turda Perunu darmadağın edərək qrup lideri kimi 1/4 finala yüksəlib. 

Qrupun digər matçında isə Venesuela Boliviyaya qalib gələrək, qrup ikincisi kimi mübarizəni davam etdirib.
 
3-cü yeri tutan Perunun yoluna davam edib-etməməsi digər qruplardakı oyunların nəticəsindən asılıdır.

 

Amerika Kuboku-2019

A qrupu, III tur

Peru - Braziliya - 0:5

Kasemiro, 12; Firmino, 19; Everton, 32; Dani Alveş, 53; Villian, 90

Boliviya - Venesuela - 1:3

Justiniano, 82 - Maçis, 2, 55; Martines, 87
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR