Braziliya futbolçu ixracatında dünya lideridi - SİYAHI

Braziliya futbolçu ixracatında dünya lideridi - SİYAHI

Dünya futboluna saysız ulduzlar bəxş edən Braziliya 2019-cu ildə xaricə ən çox futbolçu göndərmiş ölkə ünvanına sahib çıxıb.
 
Sport7.az xəbər verir ki, Beynəlxalq İdman Araşdırmaları Mərkəzi 2019-cu ildə xaricə ən çox futbolçu satmış ölkələrin siyahısını incələyib.
 
Siyahıda ilk yeri 1600 futbolçu ilə Braziliya tutub. Xaricə 1027 futbolçu göndərmiş Fransa siyahıda ikinci olub. İlk "üçlüy"ü isə Argentina qapayıb. Messinin vətənindən xaricə 972 futbolçu transfer olunub. 
 
Afrika qitəsindən 399 futbolçu satışı ilə Nigeriya, Asiyadan isə Yaponiya (161 futbolçu) birinci olub. 
 
Araşdırmalara görə braziliyalı futbolçuların ən çox üstünlük verdiyi ölkə Portuqaliya olub. Fransalılar İngiltərə, Belçika və Lükemburqa, argentinalılar isə daha çox Çili, Meksika və İspaniyaya gedib.
 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR