Braziliya futbolunun əfsanəsindən çağırış

Braziliya futbolunun əfsanəsindən çağırış

Braziliya futbolu tarixinin ən güclü hücumçularından olan Ronaldo pərəstişkarlarına səslənib.
 
Sport7.az xəbər verir ki, "Yekədiş" COVİD-19-la bağlı çağırışlara qoşulub. İspaniya La Liqasının təmsilçisi "Valyadolid"in prezidenti olan veteran futbolçu klubun sosil media hesabında yayımlanan videoda dünyanın çətin bir dönəmdən keçdiyini bildirib. İnsanları məsuliyyətli olmağa çağıran Ronaldo "Atılacaq ən yaxşı addım evdə qalmaq və rəhbərlərin xəbərdarlıqlarını dinləməkdi. Mən də çox insan kimi bunu edirəm. Ümidvaram ki, qısa zamanda bu düşməni məğlub edəcəyik" sözlərini işlədib. 
 
O açıqlamasında "Evdən işləyirik və videokonfrans vasitəsilə iclaslar keçiririk. La Liqa və federasiya rəhbərliyi ilə tez-tez əlaqə saxlayırıq" ifadələrini işlədib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR