Braziliya millisi Rusiyada - FOTO

Braziliya millisi Rusiyada - FOTO
Braziliya millisi DÇ-2018 keçiriləcək Rusiyaya səfər edib. 

Sport7.az xəbər verir ki, bu barədə ölkənin futbol federasiyasının mətbuat xidməti məlumat yayıb. 

Yığma komanda Soçi şəhərində məskunlaşacaq. Braziliya millisini açılış məşqini 12 iyunda "Yuq-sport" stadionunda keçirəcək. 

Qeyd edək ki, DÇ-2018 14 iyun-15 iyul tarixləri arasında Rusiyanın 11 şəhərində keçiriləcək. 

Braziliya ilk matçını 17 iyun tarixində İsveçrəyə qarşı keçirəcək.  Daha sonra 22 iyunda Kosta-Rika, 27 iyunda isə Serbiya ilə qarşılaşacaq. 
 


Sport7.az

Xəbər lenti