Braziliya millisi Soçini seçdi - FOTO

Braziliya millisi Soçini seçdi - FOTO
Braziliya yığması 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatı zamanı məskunlaşacağı bazanı müəyyənləşdirib.
 
Sport7.az xəbər verir ki, Braziliya Futbol Federasiyası ilə komandanın baş məşqçisi Titenin məsləhətləşməsindən sonra Soçidə qalmaq qərarı verilib.

"Samba"çılar mundiala vəsiqə qazana bilməyən Avstriyanın bronunu ləğv etdiyi oteli seçiblər. 
 


Sport7.az

Xəbər lenti