Braziliya yığmasına sürpriz

Braziliya yığmasına sürpriz
DÇ-2018-in final mərhələsi çərçivəsində E qrupunda Braziliya İsveçrə ilə qarşılaşıb.
 
Sport7.az xəbər verir ki, Rusiyanın Rostov şəhərində baş tutan görüşdə əvvəlcə "sambaçılar" hesabda önə keçib. 20-ci dəqiqədə Koutinyo baxımlı qola imza atıb. Ancaq braziliyalılar üstünlüyü sona qədr qoruyub saxlaya bilməyib. 50-ci dəqiqədə künc zərbəsindən sonra Züber başla hesabı bərabərləşdirib - 1:1. 
 
Ancaq 90 dəqiqənin sonuna qədər oyunda başqa qol olmadığından komandalar meydandan "sülh"lə ayrılamlı olub. 
 
Sport7.az

Xəbər lenti