Braziliyalı futbolçu üsyan edir: “Çempionatı dayandırın”

Braziliyalı futbolçu üsyan edir: “Çempionatı dayandırın”

Belarusiya çempionatının davam etdirilməsi bu ölkədə çıxış edən legionerlərin ciddi narazılığına səbəb olub.

Sport7.az xəbər verir ki, "Rux” klubunun braziliyalı müdafiəçisi Joao Villiam yaşananların dəhşətli olduğunu deyib.

Brest klubunun futbolçusu Belarusiya çempionatının davam etməsindən çox narahatdı: "Oyun zamanı bunu düşünmürəm. Elə ki, hakimin final fiti səslənir, dərhal bu gün yoluxub-yoluxmadığımı düşünürəm. Çempionat dayandırılsa, çox yaxşı olar. Sözün düzü, bir az qorxuram.

Hər gün valideynlərim, həyat yoldaşım mənə zəng vurur, oteldən çıxmamığımı xahiş edirlər. Menecerim tezliklə çempionatın dayandırıla biləcəyini deyib. Ailəm narahatdı. İndi insan sağlamlığını düşünmək lazımdı”.

Sport7.az
 
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR