Braziliyalı ulduz Qazaxıstan klubunda

Braziliyalı ulduz Qazaxıstan klubunda

Braziliya yığmasının sabiq hücumçusu Vaqner Lavın yeni iş yeri müəyyənləşib.

Sport7.az xəbər verir ki, o, Qazaxıstan təmsilçisi "Kayrat”la müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Artıq Qazaxıstana gələn və koronavirus testindən də uğurla keçən futbolçu tezliklə rəsmi müqaviləyə imza atacaq.

Vaqnerin son iş yeri Braziliya klubu "Korintians” olub. Bu klubla müqaviləsini ötən ay ləğv edən 36 yaşlı forvard, karyerası ərzində "Palmeyras”, "Flamenqo”, "Monako”, ÇSKA (Moskva), "Şandonq Lunenq”, "Alanyaspor” və "Beşiktaş” klublarının da formasını geyinib.

"Kayrat”ın lider olduğu Qazaxıstan çempionatında yeni mövsüm artıq ikinci dəfə koronavirus pandemiyasına görə dayandırılıb. Turnirin nə vaxt davam etdiriləcəyi hələ bilinmir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR