Braziliyaya qələbə gətirən futbolçu 4 il öncə bu işlə məşğul idi - FOTOLAR

Braziliyaya qələbə gətirən futbolçu 4 il öncə bu işlə məşğul idi - FOTOLAR
Bir neçə gün öncə Almaniya ilə yoldaşlıq görüşündə Braziliyaya qələbə qazandıran Qabriel Jesus həmin gün adından söz etdirməyi bacardı.
 
Sport7.az xəbər verir ki, bu həmin Jesus idi ki, ölkəsində keçirilən dünya çempionatı ərəfəsində yolların bardyorlarını boyayırdı. Almaniya ilə oyunda vurduğu qolla Braziliyaya qələbə qazandıran futbolçu diqqət mərkəzinə düşmüşdü. 
 
Gənc ulduz bundan tam 4 il əvvəl Braziliyadakı Dünya Çempionatı öncəsi yol kənarlarını boyamaqla məşğul idi. Onun həyatını isə dibdən zirvəyə yüksələn uğur adlandırmaq olar. 
 
Dörduşaqlı bir ailənin sonbeşiyi olan və anasının təmizlik işlərində çalışmaqla böyütdüyü Jesusun həyatı küçələrdə oynayarkən, bir sendviç qarşılığında transfer olması ilə dəyişir. 
 
6 il məşqlərə piyada gedib-gələn futbolçu "Palmeyras"da parlayır və 2016/17 mövsümündə "Mançester Siti"yə transfer olur. Qısa müddətdə özünü sübut edən futbolçu yığmaya dəvət alır və Almaniya ilə matçda qələbə qolunu vuraraq komandası ilə birlikdə rəqibi məğlub edir.
 




Sport7.az

Xəbər lenti