"Breşiya"nın prezidenti: "Balotelli ilə əməkdaşlığımız yalnız məyusluq gətirdi"

"Breşiya"nın Mario Balotelli ilə yolları ayıracağı ilə bağlı söhbətlərə klub prezidenti Massimo Çellinidən reaksiya gəlib.
 
Sport7.az xəbər verir ki, klub prezidenti məsələyə demək olar nöqtə qoyub. Futbolçu ilə yolları ayırmaq istəyən "Breşiya" nın rəhbəri açıqlamasında "Balotelli çox qəribə oğlandı. Mən onun getməsinin əleyhinə deyiləm. Balotelli B Seriyasında başqa bir kluba keçəcəyi təqdirdə müqaviləsi ləğv ediləcək və azad agent olacaq. Marionun komandamıza kömək edə biləcəyinə inandıq, ancaq səhv etdik. Əməkdaşlığımız yalnız məyusluq gətirdi" sözlərini söyləyib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR