Britaniya səfiri Bakı finalı haqda:

Britaniya səfiri Bakı finalı haqda: "Tarixdə ilk dəfə..."

Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts Avropa Liqasının Bakıda keçiriləcək final matçı barədə fikirlərini bölüşüb.

Bu barədə səfirliyin "facebook" hesabında məlumat yerləşdirilib. Karol Krofts həlledici görüşlə bağlı qeyd edib:

"Arsenal" və "Çelsi" komandalarını UEFA Avropa Liqasının may ayının 29-da keçiriləcək final oyununa vəsiqə qazanmaları münasibətilə təbrik edirəm. Hər iki komanda əvvəllər Bakıda oyun keçirsələr də, bir-birlərinə qarşı oynamayıblar. Tarixdə ilk dəfə İngiltərə Premyer Liqasının iki klubu Bakının möhtəşəm stadionunda qarşı-qarşıya gələcək və mən bu oyunun yaddaqalan bir hadisə olacağından əminəm.

Biz əvvəlki vaxtlardan daha çox britaniyalı futbol azarkeşinin Bakıya səyahət edəcəyini gözləyirik. Əminəm ki, onlar bu gözəl şəhərdə keçirəcəkləri vaxtdan məmnun qalacaqlar. Azərbaycan özünün yüksək qonaqpərvərliyi ilə tanınır və mən britaniyalı azarkeşlərin burada isti qarşılanacaqlarına inanıram.

Bu həftə Böyük Britaniya polisindən, o cümlədən "Arsenal" və "Çelsi" komandalarından olan nümayəndələr Bakıya gələcəklər. Biz hamımız Azərbaycanın rəsmi qurumları ilə oyunun təşkil olunması istiqamətində sıx əməkdaşlıq edirik. Mən bizə bu işdə dəstək göstərən hər kəsə təşəkkür edir və hər iki komandaya bu önəmli gündə uğurlar arzu edirəm".

Qeyd edək ki, iki İngiltərə təmsilçisi - "Çelsi" və "Arsenal"ın üz-üzə gələcəyi final görüşünə mayın 29-da Bakı Olimpiya Stadionu ev sahibliyi edəcək.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR