Britaniya və Avstraliya Qran-priləri bu il keçirilməyəcək

Britaniya və Avstraliya Qran-priləri bu il keçirilməyəcək

MotoGP üzrə Britaniya və Avstraliya Qran-priləri koronavirus pandemiyası səbəbilə ləğv edilib.
 
Sport7.az xəbər verir ki, bu barədə yarışın rəsmi saytı məlumat yayıb. 
 
Hər iki yarış 2021-ci ildəki təqvimdə yer alacaq. 

Qeyd edək ki, MotoGP tarixində ilk dəfə mövsümdə Britaniya Qran-prisi olmayacaq. 

Xatırladaq ki, daha öncə koronavirusa görə Qətər, Almaniya, Niderland və Finlandiyadakı yarışlar ləğv edilib. Britaniyadakı yarış 28 - 30 avqust, Avstraliya Qran-prisi isə 23-25 oktyabrda keçirilməli idi. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR