Brunu Fernandeş rəsmən

Brunu Fernandeş rəsmən "Mançester Yunayted"də (FOTO)

"Sportinq"in yarımmüdafiəçisi Brunu Fernandeş karyerasını "Mançester Yunayted"də davam etdirəcək.

MY yeni transferi Fernandeşi ictimaiyyətə təqdim edib. 25 yaşlı futbolçu ilə 5 il yarımlıq müqavilə imzalanıb. Sözləşmə daha bir il müddətinə uzadıla bilər.

Fernandeşin yeni iş yerində illik 6 milyon avro qazanacağı bildirilir. "Yunayted" portuqaliyalıya görə "Sportinq"ə 55 milyon avro ödəyib. Həmçinin 25 milyon avro dəyərində bonuslar nəzərdə tutulub.
 


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR