"Bu da bizdə alındı" - Tərlan Əhmədov

"İnter"lə oyundan sonra "Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov fikirlərini bildirib.
 
Sport7.az xəbər verir ki, mütəxəssis bunları söyləyib:
 

"Qısa müddət ərzində müdafiədəki səhvləri minimuma endirməyə, çatışmazlıqları aradan qaldırmağa çalışmışıq. Futbolçulara təşəkkür edirəm. Yüksək səviyyədə oynadılar. Çalışdıq ki, rəqibə ilk dəqiqələrdən təzyiq göstərərək, onların öz oyunlarını oynamalarına imkan verməyək. Bu da bizdə alındı. İki qol vurub, qapımızı toxunulmaz saxlamağımız məni çox sevindirir”.

 

Sport7.az

 
 

Xəbər lenti