"Bu dəfə də layiqli çıxış edəcəyik" - Yığmamızın baş məşqçisi

Xəbər verdiyimiz kimi, futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının final mərhələsindəki rəqibləri müəyyənləşib.
 
Sport7.az xəbər verir ki, bu gün keçirilmiş püşkün nəticəsi ilə bağlı millimizin baş məşqçisi Joze Alesio Da Silva fikirlərini bildirib:
 
 
"İspaniya haqqında geniş danışmağa ehtiyac yoxdur. Bu komanda təkcə Avropada deyil, dünyada sayılıb-seçilən millilərdəndir. Fransa üçüncü səbətdən gəlsə də, inamlı yol qət edib. Onlar Xorvatiya kimi Avropa çempionatının daimi iştirakçılarından olan bir komandanı play-off mərhələsində mübarizədən kənarlaşdırıblar. Mənzərə onu göstərir ki, çətin qrupa düşmüşük. Qrup mərhələsini adlaya bilsək, növbəti oyunlarımız daha maraqlı keçəcək. 
 
 
İspaniya ilə dünya çempionatının final mərhələsində eyni qrupda yer almışdıq və onlarla başabaş mübarizə aparmışdıq. Bu dəfə də layiqli çıxış edəcəyik.
Final mərhələsinə qədər vaxtımız var. Heyəti optimallaşdırmağa çalışacağıq”.
 
Sport7.az

Xəbər lenti