Avropa Liqası: 1/4 finala yüksələn 4 klub müəyyənləşdi

Avropa Liqası: 1/4 finala yüksələn 4 klub müəyyənləşdi

Bu gün məlum səbəbdən martdan dayandırılan Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilib.
 
Sport7.az xəbər verir ki, ilk oyun günündə 4 duel reallaşıb.
 
"Kopenhagen” Türkiyə çempionu "Başakşəhər”i qəbul edib. Səfərdə istanbullulara minimal hesabla yenilən Danimarka təmsilçisi darmadağınla növbəti mərhələyə adlayıb.
 
Səfərdə Avstriya LASK-ını 5:0 hesabıyla üstələyən "Mançester Yunayted” "Old Trafford”da da səviyyə fərqini ortaya qoyub.
 
"İnter” "Xetafe” ilə qarşılaşıb. Komandalar arasındakı ilk oyun koronavirus pandemiyasına görə baş tutmamışdı. Bu üzdən də matç neytral meydanda – Almaniyada keçirilib. İnamlı qələbə qazanan İtaliya təmsilçisi növbəti mərhələyə adlayıb.
 
"Şaxtyor”la "Volfsburq” arasındakı cavab görüşü Ukraynada oynanılıb. Birinci matçda 2:1 hesablı zəfərə sevinən Donetsk komandası ikinci oyunda almanları meydana çıxdığına peşman edib.
 
1/8 finalın cavab oyunlarına sabah keçiriləcək qarşılaşmalarla yekun vurulacaq.

Avropa Liqası
1/8 final
 
5 avqust

"Kopenhagen” – "Başakşəhər” – 3:0 (ilk oyun – 0:1)
Qollar: Vind, 4; 53-pen. Falk, 62.

"Şaxtyor” – "Volfsburq” – 3:0 (ilk oyun – 2:1)
Qollar: Moraes, 89; 90+3. Solomon, 90+1.

"İnter” – "Xetafe” 2:0
Qollar: Lukaku, 33. Eriksen, 83.

"Mançester Yunayted” – LASK 2:1 (ilk oyun – 5:0)
Qollar: Linqard, 57. Marsyal, 88 – Vizinger, 55.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR