"Bu gün bəxt bizim tərəfimizdə oldu" - Yuri Maksimov

"Güclü komandaya qarşı çıxış edirdik".
 
Sport7.az xəbər verir ki, bu sözləri "Keşlə"nin baş məşqçisi Yuri Maksimov deyib.

Paytaxt təmsilçisi Premyer Liqanın 18-ci turunda "Zirə" üzərində səfər qələbəsi qazanıb - 2:1.

Matçdan sonrakı mətbuat konfransında ukraynalı mütəxəssis nəticədən razı qaldığını bildirib.
 
"Rəqib turnir cədvəlinin 3-cü pilləsindədi. Onlar bu yerdə qərarlaşmağa da layiqdilər. Bu səbəbdən nəticə pis deyil. Bu gün bəxt bizim tərəfimizdə oldu. Bundan əvvəlki turda "Sumqayıt"la görüşdə bəxtimiz gətirməmişdi. Onlar oyunun əvvəlində və sonunda qol vurmuşdular. Bu da mənəvi cəhətdən təsir etmişdi. Ancaq bu gün komandamız daha istəkli mübarizə apardı". (apasport)
 
Sport7.az

Xəbər lenti