Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxacaq

Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxacaq

Budapeştdə keçirilən "Böyük dəbilqə” turnirinin sonuncu yarış günündə Azərbaycanın daha 6 cüdoçusu mübarizəyə başlayır.

Sport7.az xəbər verir ki, Məmmədəli Mehdiyev, Rüfət İsmayılov (90 kiloqram), Elmar Qasımov, Zelim Kotsoyev (100 kiloqram), Uşangi Kokauri və Camal Feyziyev (100 kiloqramdan yuxarı) bu gün medallar uğrunda mübarizə aparacaqlar.

Turnirin birinci və ikinci yarış günlərində yığma komandamızın üzvləri Rüstəm Orucov (73 kiloqram) qızıl, Orxan Səfərov (66 kiloqram) bürünc medal qazanıblar.

Azərbaycan "Böyük dəbilqə” turnirinə 17 cüdoçu ilə qatılıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR