"Yuventus" və "Real" ÇL-lə vidalaşdı - YENİLƏNDİ

UEFA Çempionlar Liqasında koronavirus pandemiyası səbəbindən təxirə salınmış 2019/2020 mövsümü bu gün bərpa olunub.

Sport7.az xəbər verir ki, Avropanın bir nömrəli klub turniri 1/8 final mərhələsinin cavab görüşləri çərçivəsində iki oyun baş tutub. "Yuventus" "Lion" üzərində 2:1 hesablı qələbə qazansa da iki oyunun nəticəsinə görə yarımfinala vəsiqə qazana bilməyib. İlk görüşdə "Real"ı 2:1 hesablı məğlubiyyətə uğradan "Mançester Siti" bu dəfə də eynihesablı qələbə qazanaraq növbəti mərhələyə adlamağı bacarıb.

Sabah isə "Bavariya" (Almaniya) - "Çelsi" (İngiltərə) və "Barselona" (İspaniya) - "Napoli" (İtaliya) oyunları keçiriləcək.

Çempionlar Liqası

1/8 final mərhələsi, cavab oyunları

7 avqust

23:00. "Yuventus" (İtaliya) - "Lion" (Fransa) 2:1 (İlk oyun - 0:1)
(Memfis Depay, 12-p., Kristiano Ronaldo, 43-p., 60) 

23:00. "Mançester Siti" (İngiltərə) - "Real" (İspaniya) 2:1 (İlk oyun - 2:1)
(Raheem Sterlinq, 9, Karim Benzema, 28, Qabriel Jesus, 68)
 
Çempionlar Liqasının qarşılaşmaları 1/4 finaldan "8-lər finalı" formatında Portuqaliyanın paytaxtı Lissabonda oynanılacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR