PSJ-dən fantastik dönüş - YENİLƏNDİ

PSJ-dən fantastik dönüş - YENİLƏNDİ

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib. 

Sport7.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. İtaliya A Seriyası təmsilçisi "Atalanta" Fransa çempionu PSJ ilə üz-üzə gəlib. Portuqaliyanın Lissabon şəhərindəki "Estadio da Luş" stadionunda gerçəkləşən qarşılaşmada əvvəlcə "Atalanta" hesabı açıb. Ancaq fransızlar 90-cı dəqiqədə bərbarliyi təmin edib. Bu qoldan cəmi 3 dəqiqə sonra PSJ ikinci qolu "Atalanta"nın qapısından keçirib və nəticədə yarımfinala adlayan tərəf olub.
 
Bu matçın qalibi yarımfinalda Leyptsiq" (Almaniya) - "Atletiko" (İspaniya) duelinin ən güclüsü ilə qarşılaşacaq. 

Çempionlar Liqası, 1/4 final

23:00. "Atalanta" (İtaliya) – PSJ (Fransa) 1:2
(Mario Pasaliç, 27, Markinyos, 90, Erik Maksim Çupo-Motinq, 90+3)

Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR