"Qarabağ" rumınlarla "sülh" bağladı

"Qarabağ" Avstriyada təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib.

Sport7.az xəbər verir ki, Ağdam klubu "Səbail"in Avropa Liqasının birinci təsnifat mərhələsindəki rəqibi "Krayova" (Rumıniya) ilə qarşılaşıb.
 
Görüş 0:0 hesabı ilə başa çatıb.

Qeyd edək ki, Ağdam təmsilçisi ilk yoxlama matçında Bolqarıstan "Ludoqorets"inə 0:2 hesabı ilə uduzub. Komanda iyunun 28-də Rusiyanın "Ufa” və iyulun 2-də Çexiyanın "Viktoriya” klubları ilə də yoxlama oyunu keçirəcək.

Yoxlama oyunu
25 iyun
 
Qarabağ (Azərbaycan) - Universitatya Krayova (Rumıniya) 0:0
Qarabağ: 13. Vaqner Silva, 55.Bədavi Hüseynov, 45. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 44.Elvin Cəfərquliyev,  20. Riçard Almeyda, 8. Miçel, 19. Filip Ozobiç, 17. Abdulla Zubir, 10. Dani Kintana, 11. Mahir Əmrəli.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR