"Bu gün testdən keçib, məşqlərə başlayacağıq" - "Qəbələ" rəsmisi

"Qəbələ" bugündən etibartən məşqlərə start verəcək.

Bu barədə Sport7.az-a açıqlamasında klubun mətbuat katibi Anar Hacıyev bildirib. Anar bəy komandanın hazırlıq planı ilə bağlı bunları söylədi: "Saat 17.00-da komanda Bakı Olimpiya Stadionunda toplanacaq. Tibbi müayinədən sonra məşqlərə başlayacaqlar. Ancaq məşq mətbuata qapalı şəkildə olacaq".

Hacıyev futbolçuların müqavilə məsələlərinə də toxundu: "Bununla bağlı geniş məlumat verə bilməyəcəyəm. Amma qarşıdakı günlərdə sözügedən məsələlərə aydınlıq gələcək. Çünki proses hələ yeni başlayır. Tam aydınlıq gələndən sonra məlumat veriləcək".

Klub rəsmisi futbolçuların koronavirus testindən keçəcəyini də dedi: "Səhv etmirəmsə komandalar hər həftə bu testdən keçməlidi. Biz ovaxtdan keçməmişdik. Belə planlaşdırmışdıq ki, məşqlərdən öncə testdən keçək. Ancaq məşqlərə icazə verilmədiyinə görə qaldı. Həm də komandanın müəyyən hissəsi rayonda idi və Bakıya getməmişdi. Bu gün bir araya gəlib, testdən keçib, məşqlərə başlayacağıq".

Müqavilələrlə bağlı "Qəbələ"nin sözçüsü bunları söylədi: "Yalnız Fernan Lopez öz ölkəsindədi. Sərhədlər bağlandığı üçün gələ bilmir. Nə vaxt yollar açılsa, ölkələrarası uçuşlar bərpa olunsa gəlib komandaya qoşulacaq. Əlaqə saxlayırıq, səhv etmirəmsə bəzi jurnalistlər onun fikirlərini də öyrənmişdi. Hər şey normaldı, ailəsi də sağ-salamatdı. Xəstəliklə bağlı hər hansı problem yaşamayıblar".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR