Bu idman növü də Avropa Oyunlarının proqramına daxil ediləcək

Bu idman növü də Avropa Oyunlarının proqramına daxil ediləcək

Avropa Olimpiya Komitələri və Avropa Badminton İttifaqı (Badminton Europe) arasında badminton idman növünün 2023-cü ildə keçiriləcək 3-cü Avropa Oyunlarının proqramına daxil edilməsi ilə bağlı müqavilə imzalanıb.
 
Sport7.az xəbər verir ki, Danimarkanın paytaxtı Kopenhagendəki İdman Evində keçirilən tədbirdə Avropa Olimpiya Komitələrinin prezidenti Nils Niqard və Avropa Badminton İttifaqının baş katibi Brayan Aqerbak razılaşmaya imza atıb. Polşanın Krakov şəhərində keçiriləcək 3-cü Avropa Oyunlarında bütün 5 kateqoriyada baş tutacaq badminton yarışları idmançıların dünya reytinqinə təsir edəcək və Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xalları qazandıracaq. Krakovda bütün kateqoriyalarda ümumilikdə 160 badmintonçunun iştirakı nəzərdə tutulub.
 
Avropa Badminton İttifaqının prezidenti Peter Tarçala bunları söyləyib: "2023-cü ildə keçiriləcək Avropa Oyunları bir daha qitənin ən istedadlı badmintonçularını bir araya gətirəcək”. Avropa Olimpiya Komitələrinin baş katibi Rafaele Paqnozzi: "Bakıda keçirilən ilk Avropa Oyunlarından başlayaraq badminton bu yarışlarda böyük dəyər qazanıb”
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR