Bu klub bütün futbolçuların müqaviləsini ləğv etdi

Bu klub bütün futbolçuların müqaviləsini ləğv etdi

İsveçrə klubu "Sion" bütün futbolçuların müqaviləsini ləğv edib.

Sport7.az xəbər verir ki, klub prezidenti Kristian Konstantin koronavirusa görə ölkədə bütün liqaların təxirə salınmasından sonra oyunçulara maaşlarında endirim olunmasını təklif edib.

Lakin futbolçular buna razı olmayıb. Klub rəhbəri isə bütün futbolçuların sözləşməsini müvəqqəti olaraq pozduqlarını açıqlayıb. 
 
Bu infeksiya dövründə futbolçularının maaşını 50 faiz azaldan ilk klub Şotlandiya təmsilçisi "Harts" olub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR