Bu klubda maaşların 50 faizi kəsiləcək - koronavirusa görə

Bu klubda maaşların 50 faizi kəsiləcək - koronavirusa görə

Şotlandiyanın Birinci Liqasında çıxış edən "Hearts"ın rəhbərliyi koronavirus səbəbindən yaranan maliyyə çətinliyinin aradan qaldırılması üçün maaşların 50 faizinin verilməyəcəyini açıqlayıb. 
 
Sport7.az xəbər verir ki, maaşların endirilməsi ilə razılaşmayanlara müqaviləyə xitam vermək təklif ediləcək. Bununla yanaşı azalmanın nə vaxta qədər davam edəcəyinin bəlli olmadığı və xəstəliyin durumuna görə qərarlar veriləcəyi bildirilib. 
 
Şotlandiya çempionatının keçən həftə qeyri-müəyyən müddətə təxirə salındığı bildirilmişdi. 
 
Digər tərəfdən, İngiltərə Futbol Liqasının rəhbərliyi Premyer Liqa xaricindəki çempionatlarda yer alan klublara 50 milyon funt-sterlinq məbləğində maddi yardım ediləcəyini açıqlayıb. 
 
Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR