"Bu komandamız üçün motivasiya rolu ola bilməz" - Roman Qriqorçuk

"Qəbələ" - "Panatinaikos" matçı öncəsi təmsilçimizin baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib.

Sport7.az xəbər verir ki, ukraynalı mütəxəssis bunları söyləyib.

- Komandanın motivasiyası, oyuna hazırlığı necədi. "Qarabağ"ın "pley-off"a vəsiqə qazanması siz də qıcıq yaratdımı ki, əzəli rəqibdən geri qalmayasız?
 
- "Qarabağ" haqda yaxşı sözlər deyə bilərik. Neçə illərdi bu yoldadı. Amma bu komandamız üçün motivasiya rolu ola bilməz. Bizim üçün motivasiya yalnız ölkənin irəli getməsidi. Rəqibin sürətli oyunçuları var. Amma biz də geri qalmırıq. Sadəcə, bizə lazımdı ki, oyunu idarə edək. Süət idmanda böyük rol oynayır. Rəqibin sürət cəhətdən üstünlüyü yoxdu. "Maynts", "Sent-Etyen" kimi rəqiblərlə oynanmışıq. Həmin vaxt geri qalırdıq. 
 
- Cavid heç nədən sarı vərəqə alıb. O hər an meydandan qovula bilər. Onunla bu barədə söhbət etmisizmi?
 
- Sual bir qədər gecikib.cavidlə söhbət etmişik. Son vaxtlar artıq belə görünmür.
 
- "Qəbələ" səfərdə daha inamlı oynayırdı. Amma Yunanıstanda bunu görmədik. Səbəb nə idi, hazır deyildi komanda?
 
- Biz sadəcə öz üslubumuzda oynaya bilmədik. Oyunu idarə edə bilmədik. Düşünürəm ki, bunu sabah bacaracağıq.
 
- Rəqibin sürətli futbolçularını zərərsizləşdirmək üçün fərdi tapşırıq verilib, yoxsa komanda kompakt şəkildə müdafiə olunacaq?
 
- Çox düzgün qeyd etdiz. İlk oyundan bilirdik bunu. Oyunlarına baxmışdıq. Amma öz oynumuzu göstərsək, rəqib güclü tərəflərindən istifadə edə bilməyəcək. Mövqe oyunu göstərməliyik. 
 
- Cavab görüşündə komandanın öz üslubunun tətbiq olunması üçün start heyətində dəyişikliklər gözlənilirmi?
 
- Sabahkı heyətlə bağlı dəqiq məlumat verə bilmərəm. Bu gün də baxacağıq. Hər gün hazırlığı daha da artırır. Bu haqda sabah daha rahat danışmaq olar.
 
- Zədəli oyunçularınız var?
 
- Elə də ciddi problemimiz yoxdu. Sabahkı oyunda hazır olan futbolçuları start heyətində görə bilərik.
 
- Əvvəlki illərdə həmişə söz vermisiz və uğurlu olub. Mərhələ keçəcəyinizə söz verə bilərsiz?
 
- Söz vermək istəmirəm. Kimsə futbolla bağlı söz versə bu mənim üçün gülməli olar. Amma qrup mərhələsinə vəsiqə qazansaq nəsə fikirləşmək olar. 
 
- "Qəbələ"nin fiziki durumunun daha üst səviyyədə olmaması matçın uzanmasına səbəb ola bilər. Matçın 90 dəqiqədə həll edilməsi vacibdi...
 
- Fiziki durum baxımından rəqib bizdən heç də üstün deyil. Bizim üçün əsas olan qələbədi. 120 dəqiqə oynasaq da qələbə qazanmaq istəyirik.
 
- Penaltilər üzərində çalışmısız?
 
- Hər şey ola bilər. Penaltilər üzərində çalışmışıq. Yeni futbolçular çox olduğu üçün məşq etdirə bilmirik. Ümid edirəm ki, qələbə qazanarıq.
 
- Futbolçular psixoloji cəhətdən hazırdımı ki, bir qol buraxsalar belə ruhdan düşməyəcəklər?
 
- Dövri çalışmalarımızda sabah bizə 3 qol lazım olduğunu bildirmişik. 5 istəyirdik amma bəzi nüanslara görə alınmadı. İstənilən halda hazırıq.
 
Sport7.az

Xəbər lenti